Aleksandr Karelin: O, əsas rəqib kimi məhz azərbaycanlının adını çəkdi
07.08.2012 - 12:28
“Zaura afərin. Onun təsəlli turnirində azərbaycanlı idmançı ilə mübarizəyə çətinliklə getməsi görünürdü. Ancaq sonradan toparlandı və mübarizəyə girişdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya güləşinin əfsanəsi sayılan Aleksandr Karelin deyib.
Yunan-Roma güləşində 3 qat Olimpiya çempionu gənc həmkarı Zaur Kuraməhəmmədovun Londonda çıxışını qənaətbəxş sayıb. 60 kq-da çıxış edən Zaur bürünc medal uğrunda döyüşdə Azərbaycan yığmasının üzvü Həsən Əliyevlə üzləşərək, onu məğlub etməyi nəticəsində istəyinə çatıb.
Karelin hesab edir ki, həmyerlisi üçün ən ciddi rəqib məhz Əliyev idi: “Başa düşürsünüz, axı Zaur Olimpiadadan öncə əsas rəqib kimi məhz azərbaycanlı Həsən Əliyevin adını çəkdi. Belə alındı ki, o, məhz Həsənlə görüşdü. Ancaq bu, qızıl yox, bürünc medal uğrunda döyüş idi”.

0
0