Useyn Bolt: “Mançester Yunayted”də baxışda olmağa hazıram
07.08.2012 - 13:16
Əfsanəvi olimpiya çempionu, yamaykalı atlet Useyn Bolt “Mançester Yunayted”də çıxış etmək istəyir. Apasport.az saytının məlumatına görə, London Olimpiadasında qalib olan sprinter İngiltərə Premyer Liqasının liderlərindən birində baxışda olmaq arzusunda olduğunu bildirib.
Dünyanın ən sürətli insanı yaşıl meydanda top qovmağa hazırdır: “İnsanlar fikirləşir ki, zarafat edirəm. Ancaq tam ciddiyəm. Əgər “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson zəng edib desə ki, sən bizdə baxışdan keçəcəksən, mən sadəcə, imtina edə bilməyəcəyəm. Yetərincə yaxşı olmadığımı bilsəydim, bu haqda danışmazdım. Böyük Britaniyada hələ bir neçə gün olacağam. Əgər Ferqyuson məni komandasına götürmək istəsə, məni necə tapmağı bilir”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0