London-2012: İbrahimov “22-lik”də
07.08.2012 - 15:40
London Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edəcək sonuncu idmançının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5000 m məsafəyə qaçacaq Hayle İbrahimov I qrupda yer alıb.
Belə ki, avqustun 8-də Bakı vaxtı ilə saat 14:45-də başlayacaq yarışın 43 iştirakçısı 2 qrupa bölünüb. Təmsilçimiz 22 nəfərlik I qrupda mübarizə aparacaq. 1095 start nömrəsi ilə qaçış zolağına çıxacaq Hayle 13:20,09-a bərabər olan şəxsi rekordu ilə qrupda yalnız 4 rəqibini qabaqlayır. Qrupun 5 idmançısı isə karyerası ərzində 13 dəqiqədən tez qaçmağı bacarıb.
21 idmançının yer aldığı digər qrupda isə 7 belə olimpiyaçı var. Onlar arasında mövsümün ən yaşı göstəricisinə malik Deyen Qebremeskel də var. Həbəşistanlı atlet həm də şəxsi rekorduna əsasən bütün rəqiblərini qabaqlayır.

0
0