Məhəmməd Əliömərov: Heç kimdən çəkinmirik
07.08.2012 - 15:44
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Məhəmməd Əliömərovun apasport.az saytına müsahibəsi
- Güləşçilərimizin London Olimpiadasında çıxışını necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, öncə mübarizəyə yunan-Roma güləşçiləri başlayıb. Bu gün xalça üzərinə sonuncu idmançımız Şalva Qadabadze də çıxacaq. Bunadək mübarizə aparan 4 güləşçimizdən ikisi fəxri kürsüyə yüksəlib ki, Rövşən Bayramov gümüş, Emin Əhmədov bürünc mükafat qazanıb. Fikrimcə, yunan-Roma güləşçiləri hələlik orta səviyyədə çıxış ediblər. Çünki 1 gümüş, 1 bürünc medal belə nəticə sayılır. Şalva bu gün heç olmasa bürünc qazana bilər. Bunu bacarsa, medallarımızın sayı artacaq ki, bu da yaxşı nəticədir.
- Siz müəyyən müddət qadın yığmamıza rəhbərlik etmisiniz. Onların çıxışından nə gözləyirsiniz?
- Ümid edirik ki, onlar uğurlu çıxışla bizi sevindirəcəklər. Sabah qadınlar mübarizəyə başlayır. Öncə Mariya Stadnik qüvvəsini sınayacaq. Bir gün sonra isə Yuliya Radkeviç döşək üzərinə çıxacaq. Ümid edirəm ki, medallarımızın sayını artıracağıq və sonda Güləş Federasiyası ötən Olimpiada ilə müqayisədə daha güclü nəticə göstərəcək. Pekində cəmi 4 medalımız oldu. Bu dəfə mükafat sayında göstəricini yaxşılaşdırmağa çalışacağıq.
- Qızıl medala əsas ümidimiz olan Rövşən Bayramov Pekində olduğu kimi, yenə finalda uduzub gümüş mükafatla kifayətləndi. Ona bu dəfə çempion olmağa nə mane oldu?
- Rəqibi çox güclü idi. İranlı güləşçi çox məşhurdur, 5 dəfə dünya çempionu olub. Bu amil öz sözünü dedi. Final döyüşü gərgin keçdi. Elə anlar oldu ki, Bayramov qələbəyə yaxın idi. Ancaq təəssüf ki, idman xoşbəxtliyi iranlının tərəfində oldu və dünya çempionu titulunun yanına Olimpiya çempionunu da əlavə etdi. Rövşən isə 4 il öncə olduğu kimi, yenə Olimpiadanın gümüş medalçısı oldu. Bunu onun üçün çox yaxşı nəticə sayıram. Çünki ardıcıl 2 dəfə Olimpiada belə çıxış etmək uğurludur.
- Bayramov finaldakı məğlubiyyətə çox üzülmüşdü. Necə fikirləşirsiniz, o, özünü toparlayıb 4 il sonrakı Olimpiadada qızıl medal qazanmağa psixoloji cəhətdən hazır ola biləcəkmi?
- Düşünürəm ki, Rövşən növbəti Olimpiadada məşqçi, yaxud digər vəzifədə işləyəcək. Onun 2016-cı ildə yaşı bundan çox olacaq. Rövşənin məşqçilik işinə keçmək istəyi var.
- Axı onun hələ 25 yaşı var və hər şey indi başlayır...
- Düzdür. Ancaq Rövşən növbəti Olimpiadaya kimi 30 yaşın astanasında olacaq.
- Bəlkə Bayramov çox üzüldüyündən, idmançı karyerasını başa vurmaq istəyir?
- Söhbət bundan getmir. Sadəcə, onun mənəvi durumu var. Rövşən çox istedadlı, ağıllı idmançıdır. Onun təcrübəsi böyükdür və yerini gənclərə verə bilər.
- Siz əsas hansı güləşçimizin Olimpiya çempionu olacağına ümid edirsiniz?
- Hər biri qızıl medal qazana bilər. Bu, həm qadınlara, həm kişilərə aiddir. Ad çəkə bilmərəm. Ancaq qalan hər bir idmançımızdan medal, çempionluq gözləyirik. Onların hər biri özlərini sübut edə bilərlər. Bilirik ki, kimsə qızıl medal qazanacaq.
- Təbii ki, uğurlu püşkdən çox şey asılıdır...
- Bu, birmənalıdır. Püşkün nəticəyə böyük təsiri var.
- Daha çox hansı rəqiblərdən çəkinirsiniz?
- Biz heç kimdən çəkinmirik. Bizdə ən güclü yığma komanda var. Fikrimcə, bizdən çəkinirlər.
- Ümumiyyətlə, güləşdə neçə medala ümid bəsləyirsiniz?
- Sərbəst güləşçilərimiz də mübarizəyə başlayandan sonra 6-7 medala.
- Ötən Olimpiadada Mariya Standiklə Xetaq Qazyumov bürünc medalçı oldular. Onların bu dəfə Olimpiya çempionu olmaları realdır?
- Bəli. Hər ikisinə böyük ümidlərimiz var. Əgər idman xoşbəxtliyi Mariyanın tərəfində olsa, Olimpiya çempionu olacaq. Eyni sözləri Qazyumov haqda da deyə bilərəm. Əsas məsələ bəxtlə yanaşı, gücün tam sərf olunmağıdır.
Mehman SÜLEYMANOV

0
0