Millimizin baş məşqçisi: Külək hər şeyi korlaya bilər - MÜSAHİBƏ
07.08.2012 - 16:25
Azərbaycanın kayak və kanoe üzrə yığmasının baş məşqçisi Aleksandr Kolıbelnikovun apasport.az saytına müsahibəsi
- Kanoeçilərimiz - Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin London Yay Olimpiya Oyunlarının təsnifat mərhələsindəki çıxışını necə qiymətləndirirsiniz?
- Bu günkü yarışlarda necə mübarizə getdiyini hamı gördü. Bizim idmançılar normal çıxışla finala yüksəldilər. İlkin vəzifənin öhdəsindən gəldik. İndi növbəti vəzifəni yerinə yetirməyə hazırlaşacağıq.
- Finala qrup qalibi kimi çıxacağınızı gözləyirdiniz?
- Yaxşı mübarizəyə köklənmişdik. Çünki son 2 ayda heç bir yarışda qüvvəmizi sınamamışdıq. Elə digər rəqiblərimiz kimi. Kimin hansı durumda olduğu, Olimpiadaya necə gəldiyini bilmirdik. Həm rəqiblərin, həm də başqalarının fonunda öz gücümüzə ilk baxış idi. Olimpiya çempionları ilə mübarizə apardığımız qrupda məsafəni yaxşı qət etdik. Finişə 1-ci gəlməyi bacardıq. Yəqin ki, yarımfinaldakı gərgin mübarizəni izlədiniz. Rumıniya, Rusiya, Belarus və Polşa cütlərinin mübarizəsində saniyənin yüzdə, bəlkə də mində biri həlledici oldu. Mübarizənin gərginliyini görürsünüz? Finalda amansız mübarizə gedəcək. Təsnifat mərhələsindəki kimi olmayacaq.
- Belə çıxışdan sonra finalda nəyə ümid etmək olar?
- Finala çıxan cütlərin hər biri Olimpiya çempionu ola bilər. Həlledici mərhələnin iştirakçıları potensial mükafatçıdırlar.
- Finalda əsas rəqib kimi hansı cütü görürsünüz?
- Ən təhlükəli rəqib Almaniya, həmçinin, Olimpiya çempionları olan Belarus kanoeçiləridir. Rumıniya və Çexiya idmançıları da favoritlərdəndir. Elə biz də onlar arasında zəiflərdən deyilik. Rusiya da medallara namizəddir. Hər dəfə yarışlarda 5-6-cı olan rusiyalılar bu dəfə rəqiblərinə müqavimət göstərmək bacarığını göstərirlər. Bir sözlə, finalda gərgin mübarizə olacaq. Təsnifatda 2-ci yeri çox irəlidə qoymağımız bizi arxayınlaşdırmamalıdır. Finalda belə olmayacaq. Orada hər santimetrdə mübarizə gedəcək.
- Təsnifatdakı asan qələbə arxayınçılıq yaratmayacaq ki?
- Biz bütün mübarizəni videokameraya çəkmişik. Buna uyğun təhlillər aparacağıq. Hər şeyə fikir verib, finalda yarana biləcək vəziyyəti real qiymətləndirəcəyik.
- Finalda hansı nəticəni qənaətbəxş sayacaqsınız?
- Mənim üçün ən yaxşı nəticə I yerdir. Lakin bu mənim üçündür. İnsanlar da var ki, onlar idmançıdırlar. Onların da imkanları təkcə özlərindən asılı deyil. Təbiət onların çıxışına təsir edə bilər. Külək elə əsər ki, hər şeyi korlaya bilər, heç kimin güclü qəbul etmədiyi idmançıya isə kömək edər.

0
0