Sergey Bezuqlıy: Hər şey yenidən başlayacaq
07.08.2012 - 23:01
“Təsnifat mərhələsindəki çıxışımız normal alındı. İstəyimizə çatıb finala yüksəldik. Yürüşü birinci yerdə başa vurmaq üçün çalışırdıq ki, bu da bizə nəsib oldu”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan kayak və kanoe yığmasının üzvü Sergey Bezuqlıy deyib.
London Olimpiadasında Maksim Prokopenko ilə kanoe duetində çıxış edən idmançımız 1000 m məsafəyə təsnifat yürüşün qalibi olub. Sergey avqustun 9-da keçiriləcək final mərhələsi haqda fikirlərini açıqlayıb: “Bu həlledici mərhələdə hər şey yenidən başlayacaq. Rəqiblərimiz də təsnifatdakından fərqli mübarizə aparacaqlar. Finala yüksələn hər bir cütlüyü özümüzə ciddi rəqib sayırıq. Çünki burada istənilən idmançıdan sürpriz gözləməyə dəyər. Biz də çalışacağıq ki, həlledici mərhələdə uğurlu çıxış edək. Əsas məqsədimiz isə maksimum nəticə göstərməkdir”.

0
0