Olimpiada iştirakçısı narkoman çıxdı
07.08.2012 - 16:46
Olimpiada iştirakçısı narkoman çıxdı
London Olimpiadasında iştirakçısı olan amerikalı cüdoçu Nik Delpopolo diskvalifikasiya edilib. Apasport.az saytının məlumatına görə, 73 kq-da 7-ci yeri tutan 23 yaşlı idmançı dopinq testdən keçmədiyi üçün belə aqibətlə üzləşib. Özü də maraqlıdır ki, onun sidiyindən verdiyi analizdə narkotik maddə aşkarlanıb.

İttihamı qəbul edən Nik marixuananın yediyi yeməkdən orqanizminə daxil olduğunu bildirib. Bunu Olimpiadadan, Londona getməmişdən öncə yediyini deyən idmançı Beynəlxalq Olimpiya Komitəsindən və Amerika Birləşmiş Ştatları (ABŞ) yığmasından üzr istəyib.

ABŞ-ın Olimpiya Komitəsi yaydığı açıqlamasında Delpopolonun cəzalandırılması qərarını dəstəklədiklərini bildirib. Beynəlxalq Cüdo Federasiyası idmançının dünya sıralamasındakı yerinin nəzərdən keçiriləcəyini və cəza verilməsini istəyəcəklərini açıqlayıb.