Amerikalılar finalda, asiyalılar III yer uğrunda matçda
08.08.2012 - 08:35
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında kişilərin futbol turnirinin finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş tutan yarımfinal görüşlərindən sonra Braziliya və Meksika milliləri həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
Meksika Yaponiya ilə oyunda çətin qələbə qazanmaqla buna nail olub – 2:1. Braziliyalılar isə Cənubi Koreya ilə qarşılaşmada əziyyət çəkməyib – 3:0.
Qeyd edək ki, Cənubi Koreya və Yaponiya arasında III yer uğrunda oyun avqustun 10-da baş tutacaq. Asiya derbisindən 1 gün sonra isə Amerika təmsilçiləri Braziliya ilə Meksika çempionu müəyyənləşdirəcək.

0
0