“O, Məcidovla döyüşdə məndə yaxşı təəssürat oyatmadı”
08.08.2012 - 10:05
“Ağır çəkidə boksçumuz Məhəmməd Ömərova ciddi bel bağlayırdım. Ancaq açığı, o, azərbaycanlı idmançı ilə son döyüşündə məndə yaxşı təəssürat oyatmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri rusiyalı dünya çempionu Kamil Hacıyev deyib.
Hazırda peşəkar boksda promouter kimi çalışan keçmiş idmançı London Olimpiadasının 1/4 final mərhələsində Məhəmməd Ömərov (Rusiya) ilə Məhəmmədrəsul Məcidov (Azərbaycan) döyüşünü dəyərləndirib.
Hacıyevin sözlərinə görə, Ömərov təmsilçimizlə dueldə onun ümidlərini puça çıxarıb: “Məhəmməd Məcidovla döyüşdə aqressiv deyildi. Ona qalib gəlmək üçün bu, çatmırdı. Ömərov daha yaxşı döyüş keçirə bilərdi”.
Qeyd edək ki, Məcidov artıq Olimpiadanın bürünc medalını özünə təmin edib.

0
0