“Ömərov Məcidovla döyüşdə özünü “yandırdı”
08.08.2012 - 10:41
“Ömərov Məcidovla döyüşdə özünü “yandırdı”
“Ömərovun Məcidovla döyüşündə nə baş verdiyini bilmirəm. Yəqin ki, psixoloji planda bacarmayaraq, həyəcanını aradan qaldıra bilmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva Boks Federasiyasının prezidenti Aleksandr Lebzyak deyib.

Rusiya boksunun əfsanələrindən sayılan 43 yaşlı Olimpiya, dünya və Avropa çempionu həmyerlisi Məhəmməd Ömərovun London-2012-nin ¼ final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidovla döyüşünü şərh edib.

Lebzyak Ömərovun məğlubiyyətinin əsas səbəbini psixoloji çatışmazlıqda görür: “Buna görə də hər şey belə alındı. O, bu rəqibə qalib gəlmişdi. Özü də bir dəfə yox, nokdaunla məğlub etmişdi. Ancaq Ömərov texnikada Məcidova uduzdurdu. Bu, belə adlanır ki, o, təmiz özünü “yandırdı”. Nə etməli olduğunu bilmirdi. Ömərovun həm texnikası, həm də taktikası lazımı səviyyədə deyil. Əlbəttə, minimum bürünc medalçı ola bilərdi. Təəssüf ki, uduzdu”.