London-2012: Bizim “beşlik” dünya beşincisi oldu
08.08.2012 - 11:18
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması London Yay Olimpiya Oyunlarını 5-ci yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, yarışa 5 güləşçi ilə qatılan komandamız 1 gümüş və 1 bürünc qazanmaqla, yalnız 4 ölkədən geri qalıb. Bu da çempionluq sevinci yaşayan yığmalar olub.
7 çəki dərəcəsində yalnız 4 ölkənin himni səslənib ki, İran millisi 3 çempionluqla hamıdan öndə qərarlaşıb. Cənub qonşumuzdan 1 qızıl geri qalan Rusiya 2-ci olub. Cənubi Koreya ilə Kuba isə qazandıqları yeganə medal qızıl olduğu üçün 3-cü pilləni bölüblər.
Ümumilikdə, 17 ölkənin medal qazandığı yunan-Roma güləşində 5-ci yeri 3 yığma ilə bölən millimiz 1-dən artıq mükafat qazanan 8 komandadan biri olub. Ümumi medal sayında Rusiya 5 mükafat qazanmağı bacarıb.
Qeyd edək ki, yığmamızın 2 üzvü - Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutub. Həsən Əliyev (60 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) isə yarışı mükafatsız bitirib.

| Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
|---|---|---|---|---|---|
| 1 | İran | 3 | 0 | 0 | 3 |
| 2 | Rusiya | 2 | 1 | 2 | 5 |
| 3-4 | Cənubi Koreya | 1 | 0 | 0 | 1 |
| Kuba | 1 | 0 | 0 | 1 | |
| 5-8 | Azərbaycan | 0 | 1 | 1 | 2 |
| Ermənistan | 0 | 1 | 1 | 2 | |
| Gürcüstan | 0 | 1 | 1 | 2 | |
| Macarıstan | 0 | 1 | 1 | 2 | |
| 9-10 | Estoniya | 0 | 1 | 0 | 1 |
| Misir | 0 | 1 | 0 | 1 | |
| 11 | İsveç | 0 | 0 | 2 | 2 |
| 12-17 | Fransa | 0 | 0 | 1 | 1 |
| Qazazıstan | 0 | 0 | 1 | 1 | |
| Litva | 0 | 0 | 1 | 1 | |
| Polşa | 0 | 0 | 1 | 1 | |
| Türkiyə | 0 | 0 | 1 | 1 | |
| Yaponiya | 0 | 0 | 1 | 1 |
0
0