Dünya çempionu Hayle İbrahimova məğlubiyyətinə şərh verdi
08.08.2012 - 15:08
Dünya çempionu Hayle İbrahimova məğlubiyyətinə şərh verdi
“Bu günkü mübarizə çox çətin oldu. Rəqiblərimlə mübarizə məni çox yordu”. Apasport.az saytının məlumatına görə, bu sözləri atletikanın 5000 metr məsafəyə qaçışda son dünya çempionu olan Məhəmməd Fərəh deyib.

Somali əsilli Böyük Britaniya idmançısı Londonda keçirilən Yay Olimpiya Oyunlarının təsnifat mərhələsi haqda fikirlərini açıqlayıb. I yürüşün qalibi - Azərbaycan təmsilçisi Hayle İbrahimovdan geri qalaraq yalnız 3-cü olan son dünya çempionu rəqiblərinin onu yorduğunu bildirib: “Lakin hər şey yaxşı qurtardı. Finala vəsiqə qazandım. Azarkeşlərin böyük dəstəyi məni sevindirir. Finalda bacarığımın 100 deyil, 110 faizini ortaya qoyacağam. Ayaqlarım imkan verdiyi qədər yüksək nəticə göstərməyə çalışacağam”.