London-2012: Artıq 6 medalımız var!
08.08.2012 - 18:31
London-2012: Artıq 6  medalımız var!
Azərbaycan London Olimpiadasında 6-cı medalını qazanıb. Apasport.az saytının məlumatına görə, bu, sərbəst güləşçimiz Mariya Stadnikin finala çıxmağı sayəsində reallaşıb.

55 kq-da çıxış edən 25 yaşlı təmsilçimiz ən azı gümüş medalı təmin edib. Mariya bu axşam yaponiyalı rəqibini məğlub edərsə, tarixə düşəcək. Belə ki, bu, həm onun ilk Olimpiya çempionluğu, həm də ölkəmizin Londonda ilk qızıl medalı olacaq.

Olimpiya yığmamızın qazandığı 6 medaldan yarısı güləş növündədir. Stadnikə qədər yunan-roma güləşçilərimiz – Rövşən Bayramov 55 kq-da gümüş, Emin Əhmədov 74 kq-da bürünc medal qazanıb.

Boksçularımız – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalçı olacağını rəsmiləşdiriblər. Ölkəmizə Londonda ilk medalı isə 56 kq-da çıxış edən ağırlıqqaldıran Valentin Xristov qazandırıb.