Rövşən Bayramov: Olimpiadadan medalla qayıtmaq böyük şərəfdir
08.08.2012 - 19:41
“Olimpiadada zəif idmançı olmur, buraya seçmə atletlər gəlir. Finala yüksəlmək üçün hansı qrupa düşsəydim, udmalıydım. Necə deyərlər, çətinliyin öhdəsindən gəldim və finala yüksəldim”. Apasport.az saytının məlumatına görə, bunu London Olimpiadasının yunan-Roma güləşi üzrə yarışının gümüş mükafatçısı Rövşən Bayramov deyib.
4 il öncə Pekin Olimpiadasında ikinci olan pəhləvanımız XXX Yay Olimpiya Oyunlarında da eyni uğuru təkrarlayaraq, ikinci yerə sahib olub. 55 kq çəki dərəcəsində mübarizə aparan Bayramov fəxri kürsüdə yer almağı böyük şərəf saysa da, yalnız finalda uduzmasına təəssüflənir: “Amma çox təəssüf edirəm ki, mən qızıl medalı qazana bilmədim. Buna baxmayaraq, Olimpiya Oyunlarından medalla qayıtmaq böyük bir şərəfdir. Əlbəttə, çox çalışırdım ki, ikinci Olimpiadamdan qızıl medalla qayıdam. Bildiyiniz kimi rəqibim də çox güclü, 5 qat dünya çempionu idi. Çox gərgin döyüşümüz keçdi. Ola bilsin özümdə inam az oldu”.
25 yaşlı idmançımız bu arzusunu 4 ildən sonra Rio-de-Janeyroda keçiriləcək Olimpiadada gerçəkləşdirəcəyinə inanır. O, İTV-yə verdiyi müsahibəsində bildirib ki, həmin yarışda əsas hədəfi yalnız çempionluq olacaq: “Hər bir idmançı yalnız Olimpiadada qızıl medalı fikirləşir. Əlimizdən gələni edəcəyik ki, arzuları yerinə yetirək. Buna görə də var gücümüzlə hazırlaşacağıq ki, qarşımıza qoyulan imtahanın öhdəsindən gələk. Rio-de-Janeyroda əsas hədəf qızıl medal olacaq”.

0
0