London-2012: Güləşçimizin rəqibi məlum oldu
08.08.2012 - 23:01
Azərbaycan güləşçisi Yuliya Ratkeviçin (55 kq) London Olimpiadasında rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, püşk bu gün mübarizəyə başlayacaq idmançımızı ilk mərhələdən azad edib.
O, Olimpiya Oyunlarına 1/8 final mərhələsindən yunanıstanlı Mariya Prevolaraki ilə görüşə başlayacaq.
Qeyd edək ki, Olimpiadada qadın güləşi üzrə yarışlara 2 idmançı ilə qatılan Azərbaycan yığmasının heyətində Mariya Stadnik (48 kq) artıq çıxışını yekunlaşdırıb. O, gümüş medala sahib olub.

0
0