Qızıla 250 metr qalmışdı... - YENİLƏNİB
09.08.2012 - 12:42
Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet XXX London Yay Olimpiya Oyunlarında iştiraklarını başa vurublar. Apasport.az saytının məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yarışı lider kimi bitirən idmançılarımız final mərhələsində medal qazanmaq şanslarını son anda əldən veriblər. Belə ki, onlar həlledici sınaqda çıxışlarını gözlənilməz finişlə bitiriblər – 3:37.219.
Düzdür, təmsilçilərimiz 750 m-də rəqibləri - Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Peter Kretşmer – Kurt Kuşela (Almaniya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnesi (Kuba) qabaqlamağı bacarıblar. Lakin son 250 m məsafədə onların gücləri tükənib. Finiş xəttinə 4-cü çatan duetimizi bürünc medaldan isə 0,805 saniyə məhrum edib.
Çempion adını almaniyalı cütlük (3:33.804) qazanıb. İkinci yeri belaruslular (3:35.206), üçüncü yeri isə rusiyalılar (3:36.414) tutublar.

0
0