Aliyə Qarayeva ilk günü 5-ci yerdə başa vurdu - YENİLƏNİB
09.08.2012 - 17:50
Bu gün XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 4 il öncə Pekində olduğu kimi yenə Aliyə Qarayeva təmsil edir.
Çoxnövçülük üzrə keçiriləcək yarışın ilk günü gimnastlar 2 hərəkətdə bacarıqlarını nümayiş etdiriblər. 24 idmançının qatıldığı təsnifat mərhələsində 24 yaşlı Avropa çempionumuz əvvəlcə həlqə ilə nəyə qadir olduğunu göstərib. Xalçaya 15-ci çıxan təmsilçimiz səhvə yol verməyib və hakimlər onun iştirakını 27,450 xalla qiymətləndiriblər. Bu hərəkətdə Aliyə 7-ci yeri tutub.
Daha sonra Qarayeva topla kompozisiyasını təqdim edib. 16-cı nömrə kimi yarışa qoşulan gimnastımızın çıxışı 28,350 xalla qiymətləndirilib. O, bu hərəkətdə 3-cü, 2 hərəkətin yekununda isə 5-ci olub (55,800).
İlk 3 sırada müvafiq olaraq, rusiyalılar – Dariya Dmitriyeva (57,800), Yevgeniya Kanayeva (57,625) və belaruslu Lyubov Çarkaşina (56,450) yer alıb. 4-cü yerdə qərarlaşan Jae Son Yeon (Cənubi Koreya) isə təmsilçimizi 0,100 xal qabaqlayır.
Qeyd edək ki, 1 gün sonra gimnastlar gürz və lentlə hərəkətləri icra edəcəklər. Burada Aliyə xalçaya müvafiq olaraq, 3-cü və 4-cü çıxacaq. Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.

0
0