Olimpiya çempionu: Azərbaycan kanoeçiləri sanki uçurdular
09.08.2012 - 17:18
Olimpiya çempionu: Azərbaycan kanoeçiləri sanki uçurdular
“Azərbaycan kanoeçiləri sanki uçurdular”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya kanoeçisi Peter Kreçmer deyib.

Kurt Kuçela ilə ikinəfərlik kanoedə London Yay Olimpiya Oyunlarının qalibi olan 20 yaşlı çempion 1000 metr məsafəyə yürüş haqda fikirlərini açıqlayıb. Peter məsafənin böyük hissəsini qət edib, qızılı da, medalı da sonda əldən verən Azərbaycan təmsilçiləri Sergey Bezuqlıy - Maksim Prokopenko cütündən belə çıxış gözləmədiyini açıqlayıb: “Biz onlar haqda heç düşünməmişdik də. Lakin onlara yaxınlaşmağa, sonda isə çatmağa nail olduq. ”