Dünya çempionumuz finişə sonuncu çatdı
10.08.2012 - 12:53
Dünya çempionumuz finişə sonuncu çatdı
Bu gün Azərbaycanın əsas medal ümidlərindən olan kanoeçimiz Valentin Demyanenko ona bəslənilən ümidləri doğrultmayıb. Apasport.az saytının məlumatına görə, 3 qat dünya və 4 qat Avropa çempionumu 1 nəfərlik qayıqla 200 m məsafəyə yürüşə seçmə mərhələdə çıxışını dayandırıb.

1-ci qrupda yer alan təmsilçimizin rəqibləri Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbs (Kanada) olablar. Startı saat 13:51-də verilən mübarizədə Demyanenko 4-cü yürüş zolağında yer alıb və finiş xəttinə 44:194 saniyə ilə axırıncı çatıb. O, ən yaxın izləyicisi olan avstraliyalıdan 1,349 geri qalıb. Bununla da Valentin ilk mərhələdəcə Londonla vidalaşıb.