Londonda daha 2 bürünc medal - YENİLƏNİB
11.08.2012 - 02:01
Bu gün London Olimpiadasının boks yarışında finalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici döyüşə yüksəlmək uğrunda 2 Azərbaycan idmançısı – Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da rinqə çıxıb. Yarımfinalda iştirakla bürünc medalı özlərinə təmin edən hər 2 boksçumuz finalın bir addımlığında uduzublar. Buna baxmayaraq, onlar fəxri kürsünün üçüncü pilləsində yer alacaqlar.
91 kq
İlk 2 döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn Məmmədov dünya çempionatında olduğu kimi, Olimpiadada da ən azı yarımfinala vəsiqə qazanmaq arzusunda idi. Məmmədov istəyini həyata keçirmək üçün 1/2 finalda italiyalı Klemente Russo ilə döyüşüb.
Görüş həmyerlimiz üçün əla başlayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Məmmədov 3 dəqiqəni 3:2 hesabı ilə xeyrinə başa vurub. İkinci hissədə Teymurun üstünlüyü şəraitində keçib. O, hətta Russonu nokdauna da salmağı bacarıb və bu dəfə fasiləyə 2 xal irəlidə yollanıb – 6:4.
Lakin fiziki cəhətdən bütün döyüşlərinin son raundunu zəif keçirən təmsilçimiz yenə eyni cür döyüşüb. Bundan istifadə edən rəqib isə zərbələrin sayını artırıb və yekunda 15:13 hesabı ilə qalib gəlib.
Nəticədə Məmmədov Olimpiadanı 3-cü yerdə başa vurub. Bununla, yığmamızın Londonda qazandığı medallarının sayının 6-ya çatması rəsmiləşib.
+91 kq
Ən ağır çəkili boksçumuz Məcidov finala gedən yolda italiyalı Roberto Kammarellinin gücünü yoxlayıb. Londonda daha öncə Meji Muanbanı (Konqo) və Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran Məhəmmədrəsul üçüncü rəqibinə də yerini göstərməyə yaxın olsa da, sonda məğlub olub.
Belə ki, ilk raundu 2 xal irəlidə (6:4) bitirən idmançımız sonradan üstünlüyü əldən verib. Burada onun rəqibinə fiziki cəhətdən uduzması da rol oynayıb. Nəticədə ikinci raundda hesabı bərabərləşdirən Kammarelli son raundda 3:2 hesabı ilə qalib gəlib. Yekun hesabda 12:13 hesabı ilə məğlub olan Məcidov isə mübarizəni yarımfinalda dayandırıb.
Lakin buna baxmayaraq, Məmmədov kimi o da bürünc medalla kifayətlənib və Azərbaycan millisinin aktivinə 7-ci medalı əlavə edib.

0
0