Hər 2 taekvondoçumuz mübarizəni başa vurdu - YENİLƏNİB
10.08.2012 - 20:29
Azərbaycan taekvondoçuları London Olimpiadasında çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, 1/8 finaldan yarışa qatılan yığmamızın hər 2 üzvü mükafatçılar sırasına düşə bilməyib.
Kişilər
80 kq
Dünya reytinqində 1-ci olan Ramin Əzizov püşkə əsasən güclü rəqiblə qarşılaşıb. Həmyerlimiz ilk döyüşünü 2 qat Olimpiya çempionu və bürünc mükafatçısı, eləcə 5 dəfə dünya çempionu, yarışın favoritlərindən sayılan 33 yaşlı amerikalı Stiven Lopesə qarşı keçirib. Rəqibindən 9 yaş kiçik olan Əzizov ilk görüşündə inamlı təsir bağışlayıb.
Belə ki, rəqibin ad-sanından çəkinməyən həmyerlimiz ilk raundda 0:1 hesabı uduzsa da, ardınca növbəti hissədə qalib gəlib – 2:0. son hissədə isə hər taekvondoçu 1 dəqiq zərbə endirdiyindən bərabərlik qeydə alınıb – 1:1.
Nəticədə Əzizov 1/8 final görüşünü 3:2 hesabı ilə xeyrinə bitirib və mərhələ adlayıb. Bu dəfə o, Rəsul Abdulrəhimə (Qırğızıstan) qalib gələn Mauro Sarmiento (İtaliya) ilə üz-üzə gəlib. Lakin idmançımız Pekin Olimpiadasının gümüş mükafatçısı ilə görüşdən məğlub ayrılıb. İlk 2 hissədə hesab açılmasa da, son raundda rəqibin 2 dəqiq zərbəsinə Ramin 1 zərbə ilə cavab verib.
Əzizovun bürünc medal qazanmaq şansı olsa da, italiyalı idmançı növbəti görüşündə uduzduğundan həmyerlimiz mübarizəni dayandırıb .
Qadınlar
67 kq
Olimpiadaya lisenziya qazanmaqla möhtəşəm yarışda Azərbaycanı ilk dəfə zəriflərin yarışında təmsil edəcək Fəridə Əzizova da ilk görüşündə güclü rəqiblə qarşılaşıb. Cəmi 17 yaşlı idmançımız daha təcrübəli, Pekin-2008-in gümüş mükafatçısı, dünya çempionatında hər 3 medalı qazanmış və özündən 10 yaş böyük olan kanadalı Karin Sergeri ilə üz-üzə gəlib.
Təəssüf ki, döyüş həmyerlimiz üçün məğlubiyyətlə başa çatıb. Düzdür, şimali amerikalı Əzizova üçün tanış rəqib idi. Taekvondoçumuz Bakıda London Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirinin 1/4 finalında Sergeriyə qalib gəlsə də, bu dəfə məğlub olub. İlk 2 hissədə hesab açılmayıb. Sonuncu raundda isə Sergerinin 1 zərbəsi dəqiq olub. Bundan sonra Fəridə də rəqibinin başına zərbə endirib. Hakimlər bunu qeydə almadığından baş məşqçimiz etiraz edib. Lakin təkrar videogörüntü izlənildikdən sonra hesabda dəyişiklik edilməyib.
Bununla da Əzizova çempionluq şansını itirib. Lakin onun bürünc medal qazanmaq şansı olsa da, kanadalı taekvondoçunun 1/4 finalda uduzması, onun bu arzusunun reallaşmasına imkan verməyib.

0
0