Bürünc medal sahibini tapdı
09.08.2012 - 18:40
London Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsində III yer uğrunda oyun olub. Apasport.az saytının məlumatına görə, bürünc medal uğrunda matçda Kanada və Fransa milliləri üz-üzə gəlib. Tarixləri ərzində Olimpiadalarda mükafat qazanmayan rəqiblərin oyunun taleyini 1 qol həll edib. 90+2-ci dəqiqədə fərqlənən Matiyson şimali amerikalılara qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, Finalda ABŞ və Yaponiya milliləri üz-üzə gələcək.
Qeyd edək ki, Finalda ABŞ və Yaponiya milliləri üz-üzə gələcək.
0
0