London-2012: İdmançımız üçün çətin rəqiblər
09.08.2012 - 23:15
Bu gün London Olimpiadasında sərbəst güləş üzrə yarışlara start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirin I günündə Azərbaycanı Əşrəf Əliyev təmsil edəcək.
Püşkatmaya əsasən artıq 74 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımızın rəqibləri müəyyənləşib. Əşrəf ilk görüşünü 1/16 finalda yaponiyalı Soşuke Takataniyə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Həmyerlimiz mərhələ adlayarsa, daha güclü Denis Tsarquşla (Rusiya) üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan sərbəst güləş üzrə yarışlarda 6 idmançı ilə təmsil olunur.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0