Yuliya Ratkeviç: Məşqçimin səsi mənə ruh verdi
09.08.2012 - 23:07
Yuliya Ratkeviç: Məşqçimin səsi mənə ruh verdi
“İnanmırdım ki, bu gün medal qazanam”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının güləşçisi Yuliya Ratkeviç (55 kq) deyib.

Ratkeviç həlledici görüşdə qalib gəlməsində məşqçisinin rolu olduğunu bildirib: “9 qat dünya və 2 qat olimpiya çempionu olan yaponiyalı Saodi Yoşidaya uduzandan sonra amerikalı Kelsi Kampbellə qarşı güləşmək çətin idi. Bununla belə, onu yensəm də, rusiyalı Valeriya Jolobovanı məğlub edəcəyimə inanmırdım. Amma kənardan məşqçimin səsini eşitdim, bu mənə ruh verdi və bürünc medalı gətirən görüşdə qalib gəldim. İnanmasam da, bu gün mənim günüm oldu”.
olimpiya.az