London-2012: ABŞ futbolçuları çempion oldu
10.08.2012 - 09:10
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında qadın futbolçuların turnirində final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada ABŞ və Yaponiya komandaları üz-üzə gəlib. Bu görüşsə amerikalılar 2:1 hesabı ilə qalib gəlib. Lloydun dubluna Naqasato 1 qolla cavab verib.
Bununla da ABŞ yığması 4-cü çempionluğunu qazanıb. Onlar Olimpiadalar tarixində qadın futbolçuların bütün turnirlərində finala yüksəlib. 5-ci dəfə bunu bacaran amerikalılar 1996, 2004 və 2008-ci illərdə olduğu kimi yenə yarışın qalibi oldu. 2000-ci ildə isə buna finalda amerikalıları məğlub edən Norveç yığması imkan verməyib.
Qeyd edək ki, ki III yeri Kanada millisi tutub.

0
0