Mariya+Yuliya: Dünyada 3-cü
10.08.2012 - 11:49
Mariya+Yuliya: Dünyada 3-cü
London Yay Olimpiya Oyunlarında qadın güləşi yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, 4 çəki dərəcəsində verilən 16 medal 11 ölkə təmsilçisinə qismət olub.

Bu ölkələrdən yalnız 4-ü 1-dən artıq mükafat qazanıb. Mariya Stadnikin (48 kq) gümüş, Yuliya Ratkeviçin (55 kq) bürünc medalları sayəsində Azərbaycan da bu 4 ölkə arasındadır.

Yalnız çempionluq yaşayan Yaponiya və ABŞ-dan geri qalan Azərbaycan dünya 3-cüsü olub. Ölkəmiz bu göstəricidə Kanada ilə şərikdir.

Qeyd edək ki, yığmamız Londonda cəmi 2 idmançı ilə təmsil olunmuşdu. Bu sayın daha artıq olacağı halda isə komanda hesabında 2-ciliyə də ümid etmək olardı.

yerÖlkəQızılGümüşBürüncCəmi
1Yaponiya3--3
2Rusiya1-12
3-4Azərbaycan-112
 Kanada-112
5-6Bolqarıstan -1-1
 Çin-1-1
7-11ABŞ--11
 İspaniya--11
 Kolumbiya--11
 Qazaxıstan--11
 Monqolustan--11