London-2012: 6-cı medalımız rəsmiləşdi
10.08.2012 - 19:47
London-2012: 6-cı medalımız rəsmiləşdi
Azərbaycan yığması XXX London Yay Olimpiya Oyunlarında 6-cı medalını rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, bu nailiyyəti komandamıza boksçumuz Teymur Məmmədov qazandırıb.

91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinalda italiyalı Klemente Russoya uduzsa da, Olimpiadanın bürünc medalına sahib olub. Buna qədər isə Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medala layiq görülmüşdü.

Qeyd edək ki, boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı özünə təmin edib. Onun tutacağı yer isə bu gecə 1/2 və final görüşündən sonra dəqiqləşəcək.