Olimpiadada 7-ci medalımız
11.08.2012 - 02:32
Azərbaycan yığması XXX London Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, boksçumuz Məhəmmədrəsul Məcidov (+91) millimizin 7-cı medalını rəsmiləşdirib.
Dünya çempionumuz 1/2 finalda italiyalı Roberto Kammarelli məğlub olsa da, Olimpiadanın bürünc medalına yiyələnib. Buna qədər isə Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (boks, 91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medala layiq görülmüşdü.
Qeyd edək ki, Azərbaycan Londonda sərbəst güləş, atletika və bədii gimnastika növlərində çıxışını davam etdirir.

0
0