London-2012: Futbolda bürünc medalçı müəyyənləşdi
11.08.2012 - 09:25
London-2012: Futbolda bürünc medalçı müəyyənləşdi
London Olimpiadasında futbol turnirdə bürünc medalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Cənubi Koreya yığması Yaponiya millisi ilə Kardiffdə məşhur “Millenium” stadionunda keçirilən oyunda 2:0 hesabı ilə qalib gəlib. Koreyalılar hələ Asiya zonasında ən prinsipial rəqibi olan yaponiyalılarla matçda hər hissədə vurduğu 1 qolla qələbəni qazanıb.

Qeyd edək ki, Olimpiadanın final oyunu bu gün Braziliya və Meksika yığmaları arasında keçiriləcək.