Barak Obama Olimpiadada debüt edən müsəlman qadınları təbrik etdi
11.08.2012 - 13:24
ABŞ prezidenti Barak Obama London Olimpiadasında debüt edən müsəlman ölkələrinin qadın idmançılarını təbrik edib. Apasport.az saytının məlumatına görə, Obama Ağ evdə müsəlman dünyasında ən müqəddəs ay sayılan Ramazanla bağlı verdiyi iftar məclisində bildirib ki, Olimpiya oyunlarının tarixində ilk dəfə olaraq bütün komandaların heyətinə qadınlar daxil olub. Bu da onunla bağlıdır ki, müsəlman ölkələrin əksəriyyəti xanım idmançılarını Olimpiadaya göndərib. Obana bunu alqışlamalı olduqlarını qeyd edib.
Qeyd edək ki, bu Olimpiadada ilk dəfə olaraq Səudiyyə Ərəbistanı, Qətər və Bruneydən qadın idmançılar iştirak edib.
Qeyd edək ki, bu Olimpiadada ilk dəfə olaraq Səudiyyə Ərəbistanı, Qətər və Bruneydən qadın idmançılar iştirak edib.
0
0