Azərbaycan Boks Federasiyası AIBA-ya iki apellyasiya şikayəti verib
11.08.2012 - 20:22
Azərbaycan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) iki apellyasiya şikayəti verib. APA-nın xəbərinə görə, federasiya 91 kq çəki dərəcəsində yarımfinalda döyüşən Teymur Məmmədova məğlubiyyət verilməsi ilə bağlı yazılı etiraz bildirib.
Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin bildirdiyinə görə, Teymur Məmmədovun italyalı boksçunu nokauta salmasına və aşkar qalibiyyətinə baxmayaraq, hakimlər qələbəni onun rəqibi Klemente Russoya veriblər: “Azərbaycan tərəfinin etirazına baxılsa da, nəticə dəyişmədi”.
Bu gün isə Azərbaycan boks yığmasının məşqçilər korpusu London Yay Olimpiadasında yarışan digər boksçumuz Məhəmmədrəsul Məcidovun italiyalı Roberto Kamarelle ilə yarımfinal döyüşünün nəticəsindən AİBA-ya apelyasiya şikayəti verib. Azərbaycan tərəfi bu döyüşlə bağlı da hakimlərin qərarından şikayətçi olub.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0