Olimpiadanın son günü - TƏQVİM
11.08.2012 - 23:00
Olimpiadanın son günü - TƏQVİM
XXX London Yay Olimpiya Oyunlarının sonuncu – XVI günü Azərbaycanın 2 idmançısı qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın hər 2 üzvü sərbəst güləş növündə gücünü yoxlayacaq.

Onlar bu gün medallarımızın sayını daha da artıra bilərlər.

12 avqust

Sərbəst güləş
1/8 final

Cəbrayıl Həsənov (66 kq) – saat 13:00
Xetaq Qazyumov (96 kq) – saat 13:00

Qeyd edək ki, idmançılarımız Londonda hələlik 9 medal qazanıblar.