London-2012: Axırıncı medal ümidləri
11.08.2012 - 23:01
London Olimpiadasının son günündə yarışa qatılacaq sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvlərinin rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Olimpiya Oyunlarında mübarizəyə başlayacaq Cəbrayıl Həsənov və Xetaq Qazyumov ilk görüşdən azaddırlar. Onlar 1/8 final mərhələsindən rəqiblərini sınağa çəkməyə başlayacaq.
66 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Həsənov bolqarıstanlı Anatolieviç Bazanla, 96 kq kəki dərəcəsindəki təmsilçimiz Qazyumov belaruslu Ruslan Şeyxovla qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

0
0