Londonda daha 1 bürünc medal - YENİLƏNİB
12.08.2012 - 17:38
London Olimpiadasının son günündə Azərbaycan daha 1 medala sahib olub. Apasport.az saytının məlumatına görə, aktivində 9 medal olan yığmamıza növbəti mükafatları sərbəst güləşçimiz Xetaq Qazyumov qazandırıb.
O, uğurlu çıxış edərək, ardıcıl ikinci dəfə - Pekindən sonra London Olimpiadasında da bürünc medala yiyələnib. Bununla da Azərbaycan yığması Londondakı çıxışını yekunlaşdırıb. Ölkəmiz XXX Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurub. Bu isə millimizin tarixində ən yüksək nəticə kimi tarixə düşüb.
66 kq
Avropa çempionumuz Cəbrayıl Həsənov ilk görüşündə güclü rəqiblə qarşılaşıb. O, 1/4 finala yüksəlmək uğrunda bolqarıstanlı Anatolieviç Bazanın gücünü yoxlayıb. Lakin həmyerlimiz onun hələ zəif olduğunu müəyyənləşdirib. İlk hissədə 3:0 hesabı ilə qalib gələn Həsənov daha sonra 3:1 hesabi ilə Bazanı məğlub edib.
Təmsilçimiz 1/4 finalda belaruslu Əli Şabanovla üz-üzə gəlib. Görüş hər 2 idmançı üçün kifayət qədər gərgin keçib. Belə ki, ilk hissə 2:2 hesabı ilə başa çatsa da, son fəndi rəqib yerinə yetirdiyindən qalib elan olub. Ardınca növbəti 2 dəqiqədə isə güləşçilər hərəyə 1 xal qazanıblar və bunu sonuncu Cəbrayıl etdiyindən hissələrin fərqini bərabərləşdirib.
Üçüncü hissədə isə baş hakimin səhvi güləşçimizin məğlubiyyəti ilə nəticələnə bilərdi. Lakin məşqçilərimizin etirazı ədaləti bərpa edib və həmyerlimiz 2:0 hesabı ilə qalib gəlib.
Həsənov yarımfinalda yaponiyalı Tatsuhiro Yonemitsunı sınağa çəkib. Təəssüf ki, finala gedən yolda rəqib güclü olub. İlk hissədə 0:2, ardınca 0:1 hesabı ilə uduzan Cəbrayıl çempionluq şansını itirib.
Lakin güləşçimiz bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. O, son qarşılaşmasında Hayslan Veranesə (Kanada) qalib gələn Livan Lopezi (Kuba) sınağa çəkib.
Görüş Cəbrayılın üstünlüyü ilə başlayıb. O, bunun məntiqi nəticəsi kimi ilk hissədə 3:0 hesablı qələbə də qazanıb. Amma bundan sonra Lopez təşəbbüsə yiyələnib. Növbəti 2 dəqiqədə hesabı bərabərləşdirən (2:0) kubalı həlledici hissədə 0:1 hesabı ilə geridə olarkən, Hüseynovun kürəyini xalçaya vurub. Bununla da Cəbrayıl bürünc medalı son anda əlindən verərək, Olimpiadanı 5-ci yerdə başa vurub.
96 kq
4 il öncə Pekin Olimpiadasından bürünc medalla qayıdan Xetaq Qazyumov Londonda çempion olmaq arzusunda olsa da, bu istəyini reallaşdıra bilməyib.
Təmsilçimiz əvvəlcə belaruslu Ruslan Şeyxovla qarşılaşıb. Döyüşün aşkar favoriti olan həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib. Düzdür, ilk hissədə 2 dəqiqə ərzində güləşçilər xal qazanmadıqlarından, püşkə ehtiyac olub. Burada isə püşk rəqib üçün uğurlu çıxıb. Lakin Şeyxovun hücum üstünlüyünü təmsilçimiz öz xeyrinə başa vurub – 1:0. İkinci hissədə də eyni hesabla qalib gələn Xetaq 1/4 finala yüksəlib.
Yarımfinal yolunda güləşçimiz ukraynalı Valeri Andritsyevlə münasibətinə aydınlıq gətirib. İlk hissəni xeyrinə başa vuran (1:0) idmançımız ikinci hissədə püşklə uduzub. Hücumda olan rəqib bundan məharətlə istifadə edib.
Həlledici 2 dəqiqə də Qazyumov üçün uğurlu başlayıb. O, ilk xalı qazansa da, ardını gətirə bilməyib. Buna isə təmsilçimizin fiziki durumunun yaxşı olmaması əsas səbəb kimi göstərilməlidir. Çünki rəqib Xetaqın yorğunluğundan istifadə edərək, 4:1 hesablı qələbəyə sevinib və yarımfinala yüksəlib.
Güləşçimiz çempionluq şansını itirsə də, Valeri finala yüksəldiyindən təsəlliverici görüşlərdə mübarizəni davam etdirib.
Qazyumov öncə tacikistanlı İsgəndəri ilə qüvvəsini sınayıb. Döyüşün taleyini təcrübə həll edib. İdmançımız 20 yaşlı gənc həmkarını ilk hissədə 3:1, ardınca 3:0 hesabı ilə məğlub edərək, bürünc uğrunda görüşə çıxmalı olsa da, qarşılaşmaya çıxmadan qalib elan olunub.
Təmsilçimizin növbəti rəqibi iranlı Əli Yazdani olmalı idi. Lakin o Andritsyevlə qarşılaşmanın ilk hissəsində zədələnərək, görüşü vaxtından əvvəl tərk etdiyindən bürünc medal uğrunda mübarizə aparmayıb və Qazyumov Olimpiadanı 3-cü yerdə başa vurub. Bu, onun Olimpiya Oyunlarında 2-ci, yığmamızın isə Londonda 6 bürünc medalı olub. Komandamız bununla da 10-cu medalını rəsmiləşdirib. İdmançılarımız Londonda 6 bürünc medalla yanaşı, 2 qızıl və 2 gümüş medala da yiyələniblər.
Qeyd edək ki, Olimpiadaya 6 idmançı ilə yollanan sərbəst güləş üzrə yığmamız yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

0
0