“Qələbəni bütün Azərbaycan xalqına həsr edirəm”
11.08.2012 - 23:11
“Qələbəni bütün Azərbaycan xalqına həsr edirəm”
“Həyatımın ən xoşbəxt gününü yaşadım. İnanırdım ki, çempion olacağam. Yuxuda da görmüşdüm ki, Londonda 1-ci yeri tutacağam”. Apasport.az saytının xəbərinə görə, bunu XXX Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov deyib.

Güləşçimiz bu möhtəşəm qələbəni Azərbaycan xalqına həsr edib: “Qələbəni bütün Azərbaycan xalqına, mənim üzərimdə əməyi olan hər kəsə həsr edirəm. Əlbəttə, şadam ki, Londonda Azərbaycana ilk qızılı mən qazandırdım. Ümid edirəm ki, bu, Azərbaycanın sonuncu qızıl medalı olmayacaq. Finaldakı rəqibim 4 qat dünya çempionu olsa da, mən onu parçaladım”.