Şərif Şərifov – yeni olimpiya çempionumuz!
11.08.2012 - 23:22
Şərif Şərifov – yeni olimpiya çempionumuz!
London Olimpiadasında Azərbaycana ikinci qızıl medalı qazandıran Şərif Şərifov (84 kq) 1988-ci il noyabrın 11-də anadan olub. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionumuz böyüklər arasında 2009-cu ildən fəxri kürsüdə yer almağa başlayıb.

O, həmin vaxt dünya çempionatının bürünc medalına sahib olub. 1 il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Pəhləvanımız həmin il həmçinin Avropa çempionatının bürünc, Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. Şərifov, həmçinin 2009 və 2010-cu ildə sonuncu yarışda 3-cü yeri də tutub.

Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanıb. Təmsilçimiz Olimpiadada çempion olmaq üçün Türkiyə, ABŞ, İran və Pueto-Rika idmançılarına öz yerini göstərib və Azərbaycanın qızıl medalının sayını 2-yə çatdırıb.