London-2012: Azərbaycan 30-cu pillədə!
11.08.2012 - 23:53
London-2012: Azərbaycan 30-cu pillədə!
Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarında medal sıralamasında irəliləyib. Apasport.az saytının xəbərinə görə, bu gün sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovun qazandığı 2 qızıl sayəsində ölkəmiz 30-cu yerə qalxıb. Hesabında 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) olan yığmamız Türkiyəni 1 pillə qabaqlayır.

Siyahıya isə 98 medalla (42 qızıl, 27 gümüş, 29 bürünc) ABŞ başçılıq edir. 37 qızıl, 26 gümüş, 21 bürünc qazanan Çin isə ikinci yerdədir.