6-cı qızıl
12.08.2012 - 09:00
Azərbaycanın müstəqil ölkə kimi Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 6-ya çatıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə son 2 çempionluq sevincini güləşçilərimiz Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) yaşadıblar.
Onlar Londonda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Olimpiadada Azərbaycan himnini səsləndiriblər.
Onlardan öncə isə Zemfira Meftahətdinova (atıcılıq), Namiq Abdullayev (sərbəst güləş, hər ikisi Sidney-2000), Fərid Mansurov (yunan-Roma güləşi, Afina-2004) və Elnur Məmmədli (cüdo, Pekin-2008) dördilliyin ən mötəbər yarışda adlarını tarixə yazdırmışdılar.
Londonda 2 qızıl medalla yanaşı, qazandığımız 2 gümüş və 5 bürünc medalla isə ümumi medallarımızın sayını 25-ə çatdırıb. Bunlardan 6-sı qızıl olduğu halda, 5-i gümüş və 14-ü bürüncdür.
İdman növünə gəldikdə, birinci yerdə güləşçilərimizdir. Bu dəfə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan pəhləvanlarımız əvvəlki Olimpiadalarda 2 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Digər idman növlərində isə qazandığımız medallar belədir: atıcılıq 1 qızıl, 2 bürünc, boks 6 bürünc, cüdo 1 qızıl, 1 bürünc və ağırlıqqaldırma 1 bürünc.
Qeyd edək ki, 1992-ci ildə cüdoçumuz Nazim Hüseynov Barselona Olimpiadasının qalibi olsa da, o, İspaniyaya MDB ölkələrinin yığma komandasının heyətində yollanmışdı.

0
0