Besik Kuduxov: Düşünmürdüm ki, Toğrul Əsgərov mənə belə döyüş verər
12.08.2012 - 08:30
“Mən yalnız qızıl medala köklənmişdim. Finala gedən yolda bütün ciddi rəqiblərimi keçdim. Son dünya çempionatlarının hamısında qalib oldum. Olimpiadada da favorit sayılırdın, ancaq bəxtim gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri London Olimpiadasının gümüş medalını qazanan rusiyalı sərbəst güləşçi Besik Kuduxov deyib. 60 kq-da çıxış edən təcrübəli idmançının karyerasında ilk dəfə Olimpiya çempionu olmağına sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Toğrul Əsgərov imkan vermədi.
Besik hər şeyi qismətin öhdəsinə buraxmaqla yanaşı, üzüldüyünü gizlətməyib: “Əlbəttə, Allahın nə uğur bəxş etdiyinə sevinmək lazımdır. Ancaq istənilən halda, qalib gəlməməyim çox xoşagəlməzdir. Mən çox məyusam. Nə isə, Rio-se-Janeyrodakı Olimpiadada qızıl medal qazanmağa çalışacağam”.
Kuduzov Əsgərovdan belə mübarizə gözləmirmiş: “Azərbaycanlı ilə heç vaxt güləşməmişdim və düşünmürdüm ki, mənə belə döyüş verər. Toğrul isə döşək üzərinə çıxıb, dərhal hücum elədi. Mən taktiki cəhətdən döyüşü bir az düzgün qurmadım. Hər döyüşdən-döyüşə daha yaxşı güləşirdim. Finalda niyə belə alındığını bilmirəm. Qızıl qızıl medaldır, gümüş medal isə bürünc kimidir. Axı sən uduzmusan”.
Qeyd edək ki, Toğrul ölkəmizə London Olimpiadasında ilk qızıl medalı qazandırıb.

0
0