Braziliya yığması yenə Olimpiadanın finalında uduzdu
12.08.2012 - 08:54
London Olimpiadasında futbol turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliya yığması Londonda məşhur “Uembli” stadionunda Meksika millisi ilə keçirdiyi final oyununda gözlənilmədən uduzub – 1:2. Meksikalılar hələ 1-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar ki, buna imza atan hücumçu Oribe Peralta 75-ci dəqiqədə dubla imza atıb. Braziliyalılar “Portu”da oynayan lideri, hücumçusu Halkın sayəsində 90+1-ci dəqiqədə qollardan birini əvəzini çıxa bilsə də, bundan artığına gücü çatmayıb.
Bununla da Meksika tarixində ilk dəfə futbolda Olimpiya çempionu olub. Braziliya isə 5 dəfə dünya çempionu olmaqla, planetin ən titullu yığması olsa da, yenə Olimpiadanın finalında uduzaraq, bu turniri qazana bilmədi.

0
0