“Əsgərov bütün görünüşü ilə planetdə ən güclü olduğunu göstərdi”
12.08.2012 - 10:24
Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandıran sərbəst güləşçi Toğrul Əsgərovun uğuru Rusiya mətbuatının da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, 19 yaşlı güləşçimizin finalda məğlub etdiyi 4 qat dünya çempionu Besik Kuduxov rusiyalı olduğundan, ona maraq xüsusi böyükdür. Təsadüfi deyil ki, Rusiya mətbuatında Toğrulun çıxışı haqda yazılarkən, onun qalib olmağının gözlənilməzliyi də qeyd olunub: “Finalda güləşçimizi turnirin əsas sensasiyası – azərbaycanlı Toğrulun Əsgərov gözləyirdi. 19 yaşlı oğlan sürətlə bütün rəqiblərini keçdi ki, orada yetərincə layiqli güləşçilər var. O, yarımfinalda Skott Kolemanı yendi. Amerikalıya 4 min həmyerlisi azarkeşlik edirdi. Ancaq azərbaycanlı əzmkarlığı və iradəsi ilə qalib gəldi. Hakim onun əlini qaldırandan sonra tribunalara tərəf qaçaraq, azarkeşləri ilə qucaqlaşdı və bütün görünüşü ilə planetdə ən güclü olduğunu nümayiş etdirdi. Onu məşqçisi zaldan çıxararkən, hələ finalda da döyüşməli olduğunu diqqətinə çatdırdı. Maraqlıdır, bu gəncin soyuqqalnlı və ustalığı olan Besik qarşısında gücü çatacaqdı...”.
Rus həmkarımız 60 kq-da final döyüşünü şərh edərkən, Əsgərobun idmançısından üstün çıxış etdiyini göstərib: “İlk raund Besik üçün uğursuz keçdi. O, həvəsli rəqibi qarşısında heç nə edə bilmədi. Toğrul heç nəyin itiriləsi olmadığını başa düşərək, ilk dəqiqələrdən hücuma atıldı. İlk hissədə minimal hesablı məğlubiyyət istənilən halda məğlubiyyətdir. Ancaq ikinci hissədə məşqçilər Kuduxovu tam köklədilər. O, hücuma keçərək, rəqibin əks fəndinə düşdü. Əsgərov onu 3 ballıq fəndlə atdı. Bundan sonra tam açılmaq lazım idi ki, rəqib bundan istifadə etdi. Nəticədə Besik qızıl bir addımlığında büdrədi. Onu gücü Azərbaycanın parlayan ulduzun emosiyaları qarşısında dağıldı.

0
0