Azərbaycan prezidenti olimpiya çempionlarımızı təbrik etdi
12.08.2012 - 10:58
Azərbaycan prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib. Apasport.az saytının xəbərinə görə, dövlət başçısı ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.
AzərTac
AzərTac
0
0