Çingiz Hüseynzadə: Bu, tarixi hadisədir
12.08.2012 - 11:31
“Olimpiya komandamızın belə uğur göstərəcəyinə inanırdım. Düzdü, bu dəfə qızıl medal bir az gec qazanıldı. Amma bunu daha əvvəl gözləyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
XXX Yay Olimpiya Oyunlarının XV günü Azərbaycan üçün uğurlu alındı. Belə ki, sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifov yarışların baş mükafatına sahib olmaqla, ölkəmizə bir gündə 2 qızıl medal qazandırdılar.
Maraqlıdır ki, olimpiya yığmamız hələ Londona yollanmazdan öncə Hüseynzadə komandamızın ən azından 9 medal, Əsgərovun isə qızıl qazanacağını söyləmişdi. MOK rəsmisi isə bildirib ki, həm Toğrula, həm medalların sayının artacağına inanan insanlar çox idi.
“Rövşən Bayramovdan da qızıl gözləyirdik. Həm də çox istəyirdik. Bilirsiz, Bayramov Namiq Abdullayevin rekordunu təkrarlaya bilərdi və buna layiq idi. Gümüş, sonra qızıl. Olmadı. Çox üzüldüm. Toğrulu isə hiss edirdim. O, bizim gənc idmançımızdır. İnanıram ki, 4 il sonra Rio-de-Janeyroda da qızıl götürüb, Azərbaycan Olimpiya tarixinə iki qızılı ilə adını yazacaq. Toğrulla Şərif bizə başqa bir həyəcanlı anları yaşatdılar” – deyə, Hüseynzadə bildirib.
MOK rəsmisi daha sonra qeyd edib ki, olimpiada tarixində belə qısa müddətdə 2 qızılın 1 ölkə tərəfindən qazanılması tarixi hadisədir: “Hesab edirəm ki, bu zal Azərbaycan olimpiya tarixinin yadında qalacaq bir zal oldu. Bura toplaşanların ürəyində də Azərbaycan qalacaq. Himnimiz bu zalda 1 saat ərzində 2 dəfə səsləndi. Bu, tarixi hadisədir”.

0
0