Ən gənc Olimpiya çempionu
12.08.2012 - 15:20
Azərbaycanlı Olimpiya çempionu Toğrul Əsgərov yeni rekordçu olub. Apasport.az saytının məlumatına görə, London Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz bununla da ən gənc Olimpiya çempionumuz olub. 60 kq-da çıxış edən Toğrul buna ad gününə az qalmış nail olub. Belə ki, o, 1992-ci ilin sentyabrın 17-də Gəncədə anadan olub və 20 illik yubileyinə 37 gün qalmış karyerasında ən böyük uğuruna imza atmaqla, özünə ən yaxşı hədiyyə edib. Əsgərovla eyni gündə Olimpiya çempionu olan digər sərbəst güləşimiz Şərif Şərifov da gənc idmançı olsa da, ondan 4 yaş böyükdür.
Toğrul bunadək son Olimpiya çempionumuz olan cüdoçu, London-2012-də bayraqdarımız olan Elnur Məmmədlini qırıb. 1988-ci iln iyunun 29-da anadan olan Elnur 2008-ci ildə Pekində qızıl medal qazananda 20 yaşı tamam olmuşdu. Əsgərov eyni zamanda 12 ildən sonra ölkəmizə sərbəst güləş növündə 2-ci Olimpiya çempionluğu qazandırıb. İlk belə uğuru qazanan Namiq Abdullayev həm də ilk Olimpiya çempionumuz kimi tarixə düşüb. Ölkəmizin Olimpiada tarixində 6 qızıl medalı var ki, bunun 4-ü güləş, 3-ü onun sərbəst növündə qazanılmaqla, liderdir.
Azərbaycanın Olimpiya çempionları
Sidney-2000
Namiq Abdullayev (sərbəst güləş, 29 yaşında çempion olub)
Zemfira Meftəhəddinova (stend atıcılığı, 37 yaşında çempion olub)
Afina-2004
Fərid Mansurov (yunan-Roma güləşi, 22 yaşında çempion olub)
Pekin-2008
Elnur Məmmədli (cüdo, 20 yaşında çempion olub)
London-2012
Toğrul Əsgərov (sərbəst güləş, 20 yaşında çempion olub)
Şərif Şərifov (sərbəst güləş, 24 yaşında çempion olub)
Qeyd edək ki, ən gənc Olimpiya mükafatçımızla bağlı rekord da London-2012-də yeniləndi. Bu, ilk medalımızı qazandıran ağırlıqqaldıran Valentin Xristovun sayəsində mümkün oldu. Bürünc mükafatçı olan milliləşdirilən bolqar idmançı 18 yaşında istəyinə çatdı. Xristov 2000-ci ildə Sidney Olimpiadasında 19 yaşında bürünc medal qazanan boskçumuz Vüqar Ələkbərovun rekordunu qırdı.
Mehman SÜLEYMANOV

0
0