Jak Roqq: Mən London Olimpiadasını çox bəyəndim
12.08.2012 - 15:53
Jak Roqq: Mən London Olimpiadasını çox bəyəndim
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq bu gün başa çatacaq London Olimpiadası ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum başçısı XXX Yay Olimpiya Oyunlarının təşkilatçılığını bəyəndiyini etiraf edib.

Özü də Roqq İngiltərə paytaxtını bunadək Olimpiadanı qəbul edən şəhərlərlə müqayisə etməkdən imtina edib: “Mən çox razıyam və minnətdaram. Bu Olimpiada mənim xoşuma gəldi. Düzdür, təşkilatçılıqda bir az problemlər oldu. Bunlar 2016-cı keçiriləcək Olimpiadaya kimi aradan qaldırılmalıdır”.

Roqqe həmçinin turnirə qeyri-adi diqqət göstərən Britaniya mətbuatını da qeyd edib.