Toğrul Əsgərovla futbol yığmamızı birləşdirən nədir?
12.08.2012 - 16:31
Toğrul Əsgərovla futbol yığmamızı birləşdirən nədir?
Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandıran Toğrul Əsgərovla futbol yığmamızı birləşdirən maraqlı məqam var. Apasport.az saytının məlumatına görə, 60 kq-da çıxış edən sərbəst güləşçimizlə milli komandamız üçün 1992-ci ilin sentyabrın 17-si xüsusi bir tarixdir. Belə ki, hər ikisi məhz həmin vaxt dünyaya göz açıb.

Toğrul 1992-ci ilin sentyabrın 17-də Gəncədə adandan olub. Millimizin isə tarixi həmin gündən başlayır. Belə ki, əsas yığmamız onda ilk oyununu keçirərək, Gürcüstan millisinin qonağı olub. Bu, Gürcüani şəhərində keçirilən yoldaşlıq görüşü olub və 3:6 hesabı ilə uduzmuşuq. Onda millimizin qolunun müəllifi hazırda məşqçisi olan Nazim Süleymanov olub. Keçmiş hücumçu 20-ci dəqiqədə fərqlənib.

Millimiz Əsgərovun doğulub, boya başa çatdığı şəhərdə də oyun keçirib. Bu, elə Gürcüstan yığması ilə olub. 1993-cü və 1998-ci ildə Gəncədə keçirilən həmin yoldaşlıq görüşləri 1:0 hesablı qələbəmizlə nəticələnib. Yığmamızla Toğrul gələn ayın 17-də 20 illik yubileylərini qeyd edəcəklər.

Mehman SÜLEYMANOV