Olimpiadanın mükafatını qazandı və istefa verdi
12.08.2012 - 17:15
London Olimpiadasında basketbol yarışında ilk medalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün 3-cü yer uğrunda oyunda Rusiya Argentinaya 81:77 hesabı ilə qalib gəlib. Bununla da ruslar ilk dəfə Olimpiadanın bürünc mükafatçısı olub.
Maraqlıdır ki, Rusiya bu qələbədən sonra baş məşqçisini itirib. Belə ki, yığmamın əcnəbi çalışdırıcı olan Devid Blatt matçdan sonra istefa verərək, vəzifəsindən getməyə qərar verdiyini açıqlayıb: “Mən işimi gördüm və getməklə bağlı qərar qəbul etdim. Mən Rusiya yığmasını çalışdırdığım 7 ildə 3 medal - 2007-ci ildə Avropa çempionatında qızıl, 2011-ci ildə qitələrarası birincilikdə və indi bürünc medal qazandıq. Hazırda mənim xüsusi hisslərim var. Rusiya basketbolu öz xüsusi simasını alıb. Mənim üçün gənc istedadlı basketbolçulardan komandanı qurmaq əyləncəli təcrübə idi. Rusiyada məni özününkü sayırlar”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0