“Bizim Böyük Beşlik”: Xetaq Qazyumov da tarixə düşdü
13.08.2012 - 10:03
Azərbaycan güləşçisi Xetaq Qazyumov ölkəmizin idman tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarını bürünc medalla bitirən atlet karyerasında 2-ci Olimpiada mükafatını əldə edib. Bununla da o, planetin ən mötəbər idman yarışlarında 2 uğur qazanan 5-ci Azərbaycan təmsilçisi olub.
Xetaqa qədər Namiq Abdullayev, Zemfira Meftahəddinova, Rövşən Bayramov, Mariya Stadnik də Olimpiadalarda 2 medal sahibi olmuşdu. Sərbəst güləşdə Namiq 1996-cı ildə qazandığı gümüşü 4 il sonra qızıla çevirmişdi. Stend atıcılığında çıxış edən Zemfira isə əksinə, qızıldan sonra daha aşağı əyarlı medal – bürünc əldə edib. O, bunu 2004-də bacarıb.
2 mükafatı olan digər idmançılarımızın isə qızılı yoxdur. Lakin onların hər 3-ü 2008-ci ildə ilk, indi isə 2-ci uğurunu əldə edib. Bu isə o deməkdir ki, onlar 4 il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində bunu reallaşdıra bilər.
Yunan-Roma güləşçisi Bayramov hər 2 yarışda gümüş qazanıbsa, Stadnik bürüncü gümüşə çevirib. Qazyumov isə hər 2 medalı bürünc olan yeganə Azərbaycan olimpiyaçısıdır.

0
0