Olimpiyaçılarımızdan sıçrayış - QRAFİK
13.08.2012 - 12:33
Olimpiyaçılarımızdan sıçrayış - QRAFİK
Azərbaycan milli komandası olimpiadalar tarixində ən yaxşı nəticəsini göstərib. Apasport.az saytının məlumatına görə, idmançılarımız Yay Olimpiya Oyunlarındakı irəliləyişini Londonda da davam etdirib.

Hesabına 2 qızıl, 2 gümüş və 6 bürünc yazdıran yığmamız dünya ölkələri arasında 30-cu olub. Həmin mövqeni Polşa ilə bölən olimpiyaçılarımız tarixinin ən yaxşı nəticəsini göstəriblər.

4 il əvvəl Pekində əldə olunan göstəricini 9, 8 il əvvəl Afinadakı göstəricini 20 pillə yaxşılaşdıran yığmamız inkişaf tempini davam etdirdi. Yığmamız tarixində yalnız 1 dəfə 2004-cü ildə 4 il əvvəlki mövqeyini əldən verib. Əvəzində həmin 12 il əvvəlki rekord bu dəfə 4 addım yaxşılaşdırıldı.

ilŞəhərQızılGümüşBürüncCəmiYer
1996Atlanta010161-67-cı yerlər
2000Sidney201334-35-ci yerlər
2004Afina104550-ci yer
2008Pekin124739-cu yer
2012London2261030-31-ci yerlər