Olimpiyaçılarımızın Bakıya gələcəyi tarix dəqiqləşdi
13.08.2012 - 15:01
Londonda tarixi qələbəyə imza atan Azərbaycan olimpiyaçılarının vətənə qayıdacaqları tarix müəyyənləşib. Milli Olimpiya Komitəsinin nəşriyyat və informasiya idarəsinin rəhbəri Camaləddin Rəhmanovun apasport.az saytına verdiyi məlumata görə, nümayəndə heyətimiz Böyük Britaniya paytaxtını sabah tərk edəcək.
Komandamızı gətirəcək təyyarə yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə saat 02:05) Bakıya üz tutacaq. Hansısa ləngimə olmasa, təyyarə 07:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları London Olimpiadasında 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0